Ukrayna payıza qədər F-16 ala bilər


Avropada Ukraynanın payıza qədər F-16 qırıcıları ala biləcəyinə inanırlar.


AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Mərkəzi Avropanın müdafiə rəsmisinə istinadən yazır.

Jurnalistin Ukraynanın payıza qədər qırıcı təyyarələr alacağı ilə bağlı sualına isə rəsmi “Mən belə hesab edirəm” deyə müsbət cavab verib. Eyni cavabı Şərqi Avropa ölkələrindən birindən olan diplomat da verib.

Politico daha əvvəl yazmışdı ki, Hollandiya Ukraynaya qırıcı təyyarələr bağışlayan ilk ölkə ola bilər. Hazırda ölkədə 24 ədəd F-16 qırıcısı fəaliyyət göstərir, onlar operativ yerləşdirilməyə hazırdır və 2024-cü ilin ortalarına qədər istifadə oluna bilər. Ölkədə həmçinin hazırda döyüşdə istifadə olunmayan, lakin başqa təyinat yerinə köçürülə bilən 18 başqa döyüş təyyarəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu