Vatikan Ukraynada sülhə nail olmaq üçün addımlar atmağa çağırıb


Ukraynada ədalətli və yekun sülhə nail olmağa kömək edəcək addımlar atmağın vaxtı çatıb.


AFN.az "The Vatican News"a istinadən xəbər verir ki, bunu Vatikanın dövlət katibi, kardinal Pietro Parolin Reykyavikdə Avropa Şurasının sammitində çıxışı zamanı deyib. "Sizi əmin edirəm ki, Müqəddəs Taxt öz rolunu oynamağa davam edəcək", - deyə Parolin vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski mayın 13-də Vatikana səfər edib. Onun səfəri günü bir qrup fəal Kolizeyə gəlib və orada "Zelenski burada xoş qarşılanmır" yazılmış pankart açıblar. Bundan əlavə, başqa bir böyük pankartda Ukraynaya silah göndərilməsi əleyhinə şüarlar yazılıb.

Həmin gün Ukrayna lideri bildirib ki, Ukraynanın vasitəçilərə ehtiyacı yoxdur və bununla da Vatikanın münaqişənin həllinə kömək etmək təklifini şərh edib.

Papa Fransisk və Vatikanın yüksək rütbəli iyerarxları dəfələrlə öz yardımlarını təklif ediblər. Mayın 10-da Parolin sülh missiyası məsələsi ilə bağlı Moskva və Kiyevlə əlaqə saxladığını açıqlayıb.

Aprelin 30-da Roma Papası Fransisk Vatikanın Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq üçün sülhməramlı missiyada iştirakına işarə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu