Papa Fransisk sentyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk sentyabrda 4 Cənub-Şərqi Asiya ölkəsinə səfər edəcək.



Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlamasında, müvafiq dövlət başçılarının və kilsə səlahiyyətlilərinin dəvətinə cavab olaraq Papa Fransiskin 2-13 sentyabr tarixləri arasında İndoneziyaya, Papua Yeni Qvineyaya, Şərqi Timora və Sinqapura apostol səfəri edəcəyini bildirib.

Bruni Papanın 3-6 sentyabrda Cakartaya, 6-9 sentyabrda Port Moresbi və Vanimoya, 9-11 sentyabrda Diliyə, 11-13 sentyabrda Sinqapura səfər edəcəyini qeyd edib.

Son zamanlar müxtəlif sağlamlıq problemləri ilə üzləşən Papa son xarici səfərini 2023-cü ilin sentyabrında Fransada keçirilən “Aralıq dənizi görüşləri” tədbiri üçün Marselə edib.

Qeyd edək ki, Papa Fransisk 2023-cü ilin dekabrında Dubayda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına (COP28) qatılacağını, lakin qripə yoluxduğu üçün iştirak edə bilməyəcəyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu