Qanunsuz kömür istehsal edən şəxslərlə bağlı tədbir görülüb


Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.


Araşdırmalar zamanı Lerik, Ağstafa, Quba, Qəbələ, Zərdab və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 8 kömür quyusu aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Lerik rayon sakini Adil Şahverdiyev, Ağstafa rayon sakini Tahir Mehdiyev, Quba rayon sakinləri Salman Niftəliyev və Sakit Əbilov, Qəbələ rayon sakini Dilarə Zamanova, Zərdab rayon sakini Ruhulla Yusifov, Göygöl rayon sakinləri Samir Əliyev və Habil Verdiyev olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb. Aşkar olunan kömür quyuları ləğv olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu