Bələdiyyə torpağında qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkarlanıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN.az-a bildirib ki, aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu