Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb


Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.


AFN.az xəbər verir ki, yoxlama zamanı Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Qax rayon Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib.

“Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib”.

Xidmət rəsmisi qeyd edib ki, kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur.

“Buna görə də qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, ictimaiyyəti isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda ETSN-in “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırırıq”.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu