Qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib


Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib.

“Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədovun sözlərinə görə, kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, 2022-ci ilin ötən dövrü ərzində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür hazırlanması ilə bağlı Xidmətin əməkdaşları tərəfindən 99 şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu