Belarus modernləşdirilmiş dronların seriyalı istehsalına başlamaq istəyir


Belarusda hərbi ehtiyaclar üçün pilotsuz təyyarələrin kütləvi istehsalını təşkil etməyə başlayıblar.


AFN.az “Belta”ya istinadən xəbər verir ki, Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin rəhbəri Dmitri Pantus şirkətlərdən birinin 2022-ci ilin oktyabrında Belarusda hazırlanıb istehsal olunduğu iddia edilən pilotsuz təyyarələr xəttini təqdim etdiyini bildirib. O, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib. "Bu gün bizim işimiz bu tip pilotsuz təyyarələrin kütləvi istehsalının təşkilinə yönəlib. Və təbii ki, ayrı-ayrı modellər müəyyən dəyişikliklərə məruz qalır və modernləşdirilir" - deyə Dmitri Pantus bildirib. Komitə rəhbəri qeyd edib ki, ölkədə yalnız bəzi PUA-ların istehsalı planlaşdırılır, çünki müəyyən növlər üzərində iş “iqtisadi cəhətdən məqsədəuyğun deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu