Ermənilər İranda Azərbaycan əleyhinə etiraza qalxdı


İsfahan şəhərində 1100-ə yaxın erməninin iştirakı ilə azərbaycanlı ekoloji fəalların Laçın yolunda aksiyalarına son qoyulması tələbi ilə nümayiş keçirilib.


Etirazçılar əllərində “Artsax"ın blokadasını dayandırın”, “Ermənistanın təhlükəsizliyi, İranın təhlükəsizliyidir”, “Bakının Qafqaz siyasətinə son qoyun!”, “NATO-nun Turan dəhlizinə yox!” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Nümayişdə Ermənistan parlamentinin deputatı Kristina Vardanyan və İranın cənubu və İsfahan üzrə arxiyepiskopu Sipan Kaşçiyan iştirak ediblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu