İran erməniləri Azərbaycana qarşı qalxdı


Molla rejimi özünün getdikcə genişlənən anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri də cəlb etməyə başlayıb.


Belə ki, İsfahan ermənilərinin "vank.ir" rəsmi saytında yayılan videoya görə, İsfahan şəhərinin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycan tərəfindən guya Laçın dəhlizinin bağlanması və Qarabağ ermənilərinin blokadaya alınması əleyhinə etiraz aksiyası keçirilib.
Tədbirin təşkilatçısı İsfahan və İranın cənubunda yaşayan ermənilərin yeparxiyası olub. Aksiyaya İsfahan erməniləri ilə yanaşı, yaxınlıqdakı Şahinşəhr şəhərində yaşayan ermənilər də qatılıb. Rəsmi İRNA ajansı tədbirə 1100 nəfər erməninin qatıldığını iddia edib.
Videodan da görünür ki, İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar də cəlb edilib. Uşaqların əllərinə Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarların yazıldığı plakatlar verilib və geyimlərinin üzərinə qondarma “DQR”nin bayraq nişanı vurulub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu