ABŞ rəsmisi: “Danışıqlar üçün dəvət Bakı və İrəvana göndərilib”
Ermənistan və Azərbaycan Avropa İttifaqının himayəsi altında Brüsseldə danışıqlara dəvət olunub.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. "Başa düşdüyüm qədər, dəvət və imkanlar tərəflərə çatdırılıb. Nəticə etibarı ilə, tərəflərin özlərinin - bizim erməni və azərbaycanlı tərəfdaşlarımızın hər hansı belə görüşdə potensial iştirakı barədə danışmaq lazımdır" - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.
Prays Rusiyanın Qərbin himayəsi altında aparılan danışıqlar prosesini tənqid etməsinə də münasibət bildirib. "Yeganə şərhim odur ki, biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görəcəyimizə ümid edirik və bu problemin hərtərəfli həlli ilə bağlı tərəfləri davam etdirəcəkləri danışıqlarda dəstəkləməyə hazırıq" - diplomat əlavə edib.
M.Vahidli