ABŞ Dövlət Departamenti: "Ermənistan və Azərbaycan arasında problemin həllinə dəstək verməyə hazırıq”
ABŞ ikitərəfli, habelə Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli formatda səylərini davam etdirməklə problemin həllinə dəstək verməyə hazırdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
O bildirib ki, son günlər Qarabağda durum gərginləşib və ABŞ problemin həlli üçün əlindən gələni edir:
“Biz bunun üçün bütün müvafiq mexanizmlərdən istifadə edirik”.