Qərb silahlarından necə istifadə edəcəyinə Kiyev özü qərar verir - ABŞ Dövlət Departamenti


ABŞ Dövlət Departamenti Kiyevin Krıma zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsi ehtimalını şərh edib.


AFN.az-ın xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Qərb silahlarından necə istifadə edəcəyinə Kiyev özü qərar verir: “Nəticədə, bu silah və təchizatlardan necə və harada daha yaxşı istifadə etmək bizim ukraynalı tərəfdaşlarımızdan asılıdır”.

Prays əlavə edib ki, “ABŞ Müdafiə Nazirliyi hadisələrin inkişafı ilə bağlı ukraynalı tərəfdaşlarla daim əlaqə saxlayır”.

Dövlət Departamentinin nümayəndəsi onu da vurğulayıb ki, ABŞ Ukraynanı Rusiya Federasiyasına zərbə endirməyə təşviq etmir, lakin Krım Rusiya ərazisi kimi tanınmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu