Entoni Blinken Ceyhun Bayramova zəng edəcək


“ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla telefonla danışmağı planlaşdırır”.


AFN.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays belə deyib.

“Bildiyiniz kimi, Dövlət katibi Blinken bu prosesdə şəxsən iştirak edir. O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə mütəmadi danışıqlar aparmaqla öz şəxsi töhfəsini nümayiş etdirib. Biz gözləyirik ki, yaxın günlərdə dövlət katibi növbəti dəfə həmkarları ilə söhbət etmək imkanı əldə edəcək”-deyə Prays brifinq zamanı ABŞ-ın vasitəçilik səylərini şərh edib.
O, həmçinin qeyd edib ki, ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması üçün Aİ kimi həmfikir tərəfdaşlarla əməkdaşlıq edir.
“Biz “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı olan və ya ondan irəli gələn bütün bu məsələlərin həllinin tapılmasında Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək üçün beynəlxalq təşkilatlarla (məsələn, ATƏT) əməkdaşlıq edirik. Bizim yanaşmamız dəyişməyəcək. Bizim yanaşmamız tərəflərə danışıqlar aparmağa və hərtərəfli uzunmüddətli həll yolunda irəliləyiş əldə etməyə kömək etməkdir”-deyə Prays əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu