Azərbaycan-Ermənistan danışıqları üzrə səfir vəzifəsindən getdi


Filip Rikerin ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri kimi səlahiyyət müddəti başa çatır.


AFN.az-ın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə belə deyib.
“Bu, heç bir halda Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyə sadiqliyinə təsir etməyəcək”-deyə Prays bildirib.
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etməyə davam edəcək. O, həmçinin qeyd edib ki, Filip Riker Dövlət Departamentinin əməkdaşı olmaqda davam edir.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun 25-də Filip Rikeri Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçi təyin edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu