ABŞ “Türkiyə” deyəcək


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Vaşinqtondakı səfirliyinin tələbi ilə rəsmi yazışmalarında “Türkey” əvəzinə “Türkiyə” sözündən istifadə edəcəklərini açıqlayıb.


AFN.az xəbər verir ki, Türkiyə ilə ABŞ-ın İŞİD-ın maliyyə qaynaqlarına yönəlik birgə addımları ilə bağlı ABŞ Dövlət Departamentinin verdiyi yazılı açıqlamada “Türkiyə” ifadəsi işlədilib. Keçirdiyi mətbuat konfransında bu dəyişikliyin nə vaxt edildiyi ilə bağlı sualı cavablandıran Prays, nazirliyin bu səhər Türkiyənin adı ilə bağlı qiymətləndirməsini tamamlayıb həyata keçirdiyini bildirib.
Prays, "Türkiyə səfirliyinin yazışmalarda ölkə adının bu şəkildə istifadə edilməsini tələb etdiyini təsdiq edirəm. Bu dəyişiklik ABŞ Coğrafi Adlar Şurası tərəfindən də təsdiqləndi" - deyib.
ABŞ Dövlət Departamentinin bütün platformalarında adların istifadəsi üçün bir proses həyata keçirdiyini deyən Prays, Coğrafi Adlar Şurasının da "Türkey" və "Republic of Turkey” (Türkiyə Cümhuriyyəti) adlarının istifadə edilməsinə icazə verdiyini qeyd etdi.
Ankaranın tələbindən sonra Birləşmiş Millətlər Təşkilatı 2022-ci il iyunun 1-də ölkə adının “Turkey” ifadəsi əvəzinə “Türkiyə” kimi istifadə edilməsinə icazə verib.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu