ABŞ Brüsseldə Azərbaycan-Ermənistan danışıqlarının keçiriləcəyini açıqladı


ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələri arasında münasibətlərin normallaşmasına dair danışıqların keçiriləcəyini açıqlayıb.


Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər verir.

Prays bildirib ki, Vaşinqton "tərəflər yaxın günlərdə Avropa Şurasının sədri Çarlz Mişelin ev sahibliyi ilə Brüsseldə danışıqlar üçün bir araya gələndə” daha da irəliləyiş görəcəyinə ümid edir.

Jurnalistin ABŞ-ın Bakı-İrəvan münasibətləri ilə bağlı son bəyanatlarının çox optimist olub-olmaması ilə bağlı sualını cavablandıran Prays bildirib ki, son aylarda tərəflər fevralın 18-də Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin elan etdiyi sülh sazişi istiqamətində irəliləyişə nail olublar.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, "biz həddindən artıq optimist olmağa çalışmırıq, lakin problemin hərtərəfli həllinə nail olmağa yönəlmiş dialoq, diplomatiya prosesini hər cür dəstəkləməyə davam edirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu