İranda nazirin olduğu helikopter qəzaya uğrayıb


İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.


"AFN.az” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 23-də Kerman əyalətinin Baft şəhərində baş verib və Həmid Səccadi yaralı vəziyyətdə hospitala yerləşdirilib.

Naziri helikopterin göyərtəsində İran Voleybol Federasiyasının başçısı Pursalman müşayiət edirmiş.

Məlumata görə, helikopterin göyərtəsində 16 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu