Rusiyalı alim yaxın həftələrdə Türkiyədə növbəti zəlzələnin olacağını deyir


Rusiyanın fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets növbəti həftələrdə Türkiyədə yenidən zəlzələ ola biləcəyilə bağlı proqnoz verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssis təkanların daha az nəzərə çarpacağını, lakin yeni qurbanlara və yaralılara səbəb ola biləcəyini deyib. O, bildirib ki, yaxın gələcəkdə yeni zəlzələnin afterşoklarının şahidi olacağıq: "Üstəlik, yaxın bir neçə həftə ərzində Türkiyənin cənub-şərqində yeni təkanlar gözlənilir. Düzdür, bunlar daha az nəzərə çarpacaq, lakin yeni qurbanların və zərərçəkənlərin olma ehtimalı mövcuddur".

Türkiyənin cənub-şərqində dünən iki yeni zəlzələ baş verib. Təkanlar 6,4 və 5,8 bal gücündə olub, 17 dəqiqəlik fasilə ilə qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Türkiyəli mütəxəssislər bildirirlər ki, bu, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonrakə afterşok deyil, qırılma xəttində müstəqil təkandır. Geoloq, İstanbul Universitetinin professoru Okan Tüysüz oxşar gücdə yeni zəlzələlər ola biləcəyi barədə açıqlama verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu