Azərbaycanda mövcud olan iqtisadi və sosial disbalansın miqyası ilə bağlı ŞOK RƏQƏMLƏR


2022-ci ildə ölkədə 71300 iş yeri açılıb. Bunun 81%-i Bakının payına düşür.


AFN.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə mövcud olan iqtisadi və sosial disbalansın miqyası ilə bağlı şərhində bildirib. Onun sözlərinə görə, mövcud vəziyyəti bu rəqəm aydın şəkildə göstərir. "Bütün iqtisadi, sosial, hətta mədəni fürsətlərin Bakıya toplanması davam edir, sonra da hamı şikayət edir ki, yaşamaq olmur, sıxlıqdır, tıxaclar var – bunlar nəticədir, səbəb ölkənin “xəstələnmiş” iqtisadi və siyasi sistemidir" - deyə ekspert qeyd edib.
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 359 min nəfərdir, onlardan 1 milyon 734 min nəfəri rəsmi müqavilə ilə, muzdla çalışır. Ölkədə 800 minə yaxın VÖEN sahibi var və onların da hamısı aktiv deyil, rəsmi rəqəmlərə görə ölkədə, güya, 1,7 mln. nəfər də aqrar sektorda çalışır N.Cəfərli deyir ki, əslində elə deyil: "Kimin pay torpağı var onu və ailə üzvülərini kənd təsərrüfatında çalışan sayırlar. Bunları toplayanda 4,2 mln. nəfər edir. İqtisadi fəal əhali nə qədərdir – bəli, 5,6 mln., bəs 1,4 mln. insan hardadır bu statistikada?! Axı rəsmən ölkədə cəmi 302 min işsiz olduğunu deyirlər – deməli 1,1 mln. nəfər “kölgə iqtisadiyyatında” çalışır, ya da hökumətin işsizlik statistikası yanlışdır. Gələk ən dəhşətli məqama – 2022-ci ildə Azərbaycan 38 mlrd. 146 mln. dollarlıq mal-məhsul ixrac edib ki, bunun da 35 mlrd. 100 mln. dolları neft-qaz sektorunun, yəni, 92,1%-i nəhz bu sektorun payına düşür. Ölkə üzrə bu sektorda nə qədər insan çalışır? Cəmi 32 min nəfər! Yəni, ölkədə 32 min nəfər 35 mlrd. dollarlıq neft-qaz istehsal edib satır, yerdə qalan 9 mln. 970 min nəfər də bunun hesabına dolanır. Faciəvi rəqəmlərdir, ölkə iqtisadiyyatının “xəstəliyinin” əyani sübutudur".
Ekspert vurğulayıb ki, iqtisadi problemlərin həlli yolu isə artıq iqtisadiyyatda deyil də, məhz idarəetmə və məhkəmə-hüquq mühafizə sistemindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu