Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 363 milyonu ötüb


Dünyada köməyə ehtiyacı olan insanların sayı 2023-cü ilin avqust ayı etibarilə 363,3 milyona yüksəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə bu rəqəm 324,3 milyon nəfər təşkil edib. Artıma səbəb müharibələr, iqlim dəyişikliyi və COVID-19 epidemiyası yaratdığı sosial-iqtisadi çətinliklər göstərilir.

Böyük Britaniyada yerləşən "İnkişaf Təşəbbüsləri" tərəfindən hazırlanan i "2023 Qlobal Humanitar Yardım" hesabatında 2022-ci ildə humanitar böhranın bütün dünyada dərinləşdiyi bildirilib.

Hesabata görə, humanitar yardıma ehtiyacı olan insanların dörddə üçü münaqişə, iqlim böhranı və ya sosial-iqtisadi zəiflik faktorlarından ən azı ikisinin təsirinə məruz qalır.

Bildirilir ki, humanitar yardıma ehtiyacın artmasının əsas səbəblərindən ikisi ərzaq böhranı və məcburi miqrasiyadır.

Son 2 ildə 60 ölkədə təxminən 265,7 milyon insanın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib.

İqlim dəyişikliyi isə 236,7 milyon insana mənfi təsir göstərir.

Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi, Pakistan və Şərqi Afrikadakı iqlim dəyişikliyi böhranı, COVID-19 epidemiyasının sosial-iqtisadi təsirləri humanitar yardım hərəkətlərinin əhəmiyyətini artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu