Qırğızıstanın Ali Məhkəməsi Atambayev işini yenidən istintaqa göndərib


Qırğızıstanın Ali Məhkəməsi respublikanın eks-prezidenti Almazbek Atambayevin mühakimə olunduğu kriminal avtoritet Əziz Batukaevin azadlığa buraxılması ilə bağlı cinayət işini yeni məhkəmə baxışına göndərib.


AFN.az xəbər verir ki, bu barədə Qırğısıztan məhkəmə sistemindəki mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb. “Vəkillər Sergey Slesarev və Zamir Coşevin Almazbek Atambayevə qarşı cinayət işinin yeni açılmış hallara görə bərpa olunması ilə bağlı vəsatəti təmin edilməlidir”, - mənbə Ali Məhkəmənin kollegiyasının qərarından sitat gətirib.

Onun sözlərinə görə, sənədlə Ali Məhkəmənin 12 oktyabr 2021-ci il və 15 mart 2022-ci il tarixli qərardadları da ləğv edilir. Bununla da Atambayev həbsdən azad edilir. Bu qərarlar aşağı instansiya məhkəmələrinin Batukaev işi üzrə Atambayevin mühakimə olunmasına dair hökmlərini qüvvədə saxlayıb.

Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hesab edib ki, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu