"Ermənistan KTMT-dən çıxmayacaq" - səfir
Ermənistan Azərbaycanla sərhəddə KTMT missiyasını yerləşdirməkdən imtina etməyib.
AFN.az xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan TASS agentliyinə müsahibəsində belə deyib.
Arutyunyan bəzi erməni politoloqlarının və müxalifətçilərinin baş nazir Nikol Paşinyan hökumətinin ölkənin KTMT-dən çıxmasına hazırlaşması ilə bağlı açıqlamalarını da təkzib edib.
“Belə fikirlər doğru deyil. Baş nazirimiz qeyd etdi ki, KTMT-dən çıxmaqdan söhbət gedə bilməz, ona görə də bu, doğru deyil.
Əksinə, bu qeyri-sabit dönəmdə münasibətlərimiz dərinləşir və bundan sonra da dərinləşəcək.
Ermənistan Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, MDB-nin və Rusiyanın da iştirak etdiyi bütün digər regional təşkilatların üzvüdür. Ona görə də bütün bunları bizim münasibətlərimizi anlamayan insanların açıqlamaları kimi qəbul etmək olar”, - deyə səfir əlavə edib.
M.Vahidli