Ermənistan KTMT-yə müraciət edib?


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib.


“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zeyneddinov məlumat verib.

O bildirib ki, KTMT katibliyi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistandan kömək üçün rəsmi müraciət almayıb: "KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Biz hesab edirik ki, münaqişə yalnız sülh yolu ilə siyasi və diplomatik yolla həll edilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu