Ermənistanın KTMT-də sədrliyi bu gün başa çatır
Ermənistanın KTMT-də sədrliyi bu gün başa çatır.
Bu haqda KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib. O, bildirib ki, Ermənistanın təşkilata sədrlik etdiyi dövr çox hadisələrlə yadda qalıb: “Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmasının 30 illiyini və KTMT-nin yaradılmasının 20 illiyini qeyd etdik. Son iki ildə KTMT-nin üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycanla sərhəddə gərginlik yaşadı. Təəssüf ki, faktiki olaraq bu günə qədər Azərbaycanın bu hərəkətlərinə qarşı KTMT-nin reaksiyası ilə bağlı qərara gələ bilmədik”.