Pentaqon gələn həftədən Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq - Almaniyada

Birləşmiş Ştatlar gələn həftə Ukrayna ordusuna "Bradle" piyadaların döyüş maşınlarının istifadəsi ilə bağlı təlimlərə başlamağı planlaşdırır.
AFN.az-ın xarici agentliklərə istinadən xəbərinə görə, Pentaqonun sözçüsü Patrick Rayder bildirib ki, ABŞ-ın "Bradle" piyada döyüş maşınlarının istifadəsi ilə bağlı təlimlərə hazırlıqlar gələn həftə Almaniyada başlamalıdır. Rayder əlavə edib ki, ABŞ təlimlərin bir neçə həftə çəkəcəyini gözləyir.
Ağ Ev bir müddət əvvəl Ukraynaya “Bradley” piyadaların döyüş maşınları vermək niyyətində olduğunu, onlardan istifadə üçün Ukrayna Silahlı Qüvvələrinə lazımi təlimlərin keçiriləcəyini açıqlayıb.