PKK hollandiyalı jurnalisti ölümlə təhdid edir: Türk təbliğatını dayandır!


Suriyanın şimalında terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bölgələrdə baş verənləri işıqlandıran hollandiyalı jurnalist Rena Netjes terror təşkilatı tərəfindən ölümlə hədələnir.


AFN.az xəbər verir ki, illərdir həmin bölgədən xəbərlər və müsahibələr verən jurnalistə qarşı son günlər təhdidlərin həcmi artıb. Rena Netjes CNN TÜRK-ə müsahibəsində PKK-nın onu niyə ölümlə hədələdiyini açıqlayıb. O, bildirib ki, Suriyanın şimalındakı vəziyyətlə bağlı məlumat verib və orada yaşayan insanların səsini dünyaya çatdırmağa çalışıb. Rena Netjesin verdiyi xəbərlər terror təşkilatı PKK-nın xoşuna gəlmədiyi üçün onu ölümlə hədələyiblər: "Hər şey dekabrın əvvəlində başladı. Mənə iki dəfə ölüm hədəsi gəldi. Bu Twitter-də anonim hesablardan idi. Buraya "Amsterdamda və İstanbulda harada yaşadığınızı bilirik. Xəbərləri və türk təbliğatını dayandırın" kimi şeylər daxil idi. Sonra bəzi e-poçtlar aldım. Onlar özlərini Rojava kürdləri kimi təqdim edirlər. Bütün e-poçtların olmasa da, amma mən adətən onların haradan gəldiyini bilirəm. Mən 4 ildir Suriyanın içərilərində oluram. PYD-nin nə olduğu ilə bağlı təsəvvürüm dəyişib. Afrində danışdığım suriyalı kürd dostum da çoxlu ölüm təhdidləri alır. Onun dostları öldürülüb, mən bütün bunlardan xəbər verirəm. Və göründüyü kimi, bu, onların xoşuna gəlmir. 1 ay əvvəl birbaşa Hollandiya Konsulluğuna və Haaqadakı türk diplomatlardan birilə ünsiyyətdə oldum, böyük kömək aldım. Təhdid məktubunda deyirdilər ki, “tezliklə evinizə bağlama atacağıq”. Mən də Türkiyə rəsmilərindən böyük kömək aldım, çox sağ olun. Amma keçən həftə yeni təhdidlər oldu və bu dəfə özlərini Fransadan olan Rojava kürdləri kimi təqdim etdilər. Dünən də yenidən çoxlu təhdidlər aldım. Bu, həqiqətən pis idi. Çünki indi ailə üzvlərimi hədələməyə başlayıblar və çoxlu adlar çəkirlər. İnsanlar nə baş verdiyini bilməlidirlər. Buna görə özüm üçün təhlükəsizlik şəbəkəsi yaratdım ki, sosial mediada nə baş verdiyini hər kəsə bildirim.
Mən əslində qorxmuram, sadəcə ehtiyat edirəm. Məsələn, yadımdadır, keçən il Afrində yaşayan kürd dostum Əhməd Nistodan müsahibə almışdım. O, PKK-nın 4 sui-qəsd cəhdindən sağ çıxıb. Hətta bir anda bütün yerli media onu ölü elan etdi. Onunla da danışdım, o da mənə “davam et” dedi. "Çünki onlar sadəcə səni qorxutmaq istəyirlər. Səni dayandırmaq istəyirlər" dedi. Mən yaxşıyam, amma bu vəziyyət yorucudur. Eyni zamanda bu, işimin vacibliyini mənə bir daha xatırladır. 2016-cı ildən bəri mən, xüsusən də Suriya kürdlərinin səsini dünyada eşitdirirəm. Suriya kürdləri ümumiyyətlə PYD/YPG ilə bağlı məsələlərdən çox fərqlidir. İllərlə araşdırdım, dostlarımla danışdım, orada yaşayan insanlarla təkbətək danışdım. İndi başa düşürəm ki, bu, həqiqətən də çox ciddi bir həqiqətdir. YPG-nin böyük təbliğat şousunda iştirak etmək əvəzinə, bəli, İŞİD-ə qarşı vuruşurlar, amma məsələnin başqa tərəfi var: suriyalı kürd və suriyalı ərəb qardaşlarını öldürməkdən, onlara zülm etməkdən çəkinmirlər. Məsələn, bir neçə gün əvvəl Kürd Milli Şurasının iki müxalif siyasətçisi oğurlanıb. Bu proseslərə Qərbin dəstəyi olsa da, təsir gücü yoxdur".
Rena Netjes Avropanın PYD/YPG-yə münasibətini tənqid edib. Netjes terror təşkilatının törətdiyi cinayətlərə məhəl qoyulmadığını vurğulayıb: "Parisdən çəkilmiş kadrlardan düşünürəm ki, onlar özlərini çox arxayın hiss edirlər və buna görə də bu qədər aqressivdirlər. Paris küçələrində onların bayraqlarının bu qədər çox olmasından həqiqətən təəccübləndim. Hollandiyada baş verdi, Amsterdamda nümayiş keçirildi, eyni zamanda PKK Avropada terror təşkilatı kimi tanınır. Bunu tvit edərək bildirdim ki, bu ikisi eyni anda necə ola bilər? Birincisi, onlar Qərbdəki kürd davasına və daha böyük müstəqilliyə rəğbət bəsləyirlər. Amma öz kürd qardaşlarını sıxışdırmaqla yanaşı, özlərini bütün kürdlərin səsi kimi qələmə verirlər. Suriyanın şimalından kənarda minlərlə kürd var. Onlar isə Suriya demokratik qüvvələrinin ərazisinə qayıtmırlar. Çünki özlərini təhlükəsiz hiss etmirlər. Onlar özlərini qərbin və demokratların ideal tərəfdaşları kimi təqdim edirlər. Onlar İŞİD-ə qarşı döyüşürlər, lakin bu, hekayənin yalnız bir hissəsidir. Əksər Qərb siyasətçiləri Suriyanın şimalında yalnız kürdlərin olduğunu düşünürlər. Amma ərəblər geniş ərazilərdə yaşayırlar. PKK-nın Suriya qolu və PKK-nın özü ərəbləri həmin bölgələrdən qovmağa çalışır. Bu səbəbdən Türkiyə 2016-cı ildə İŞİD-lə mübarizə aparmaq və onu dayandırmaq üçün müdaxilə etdi. Hekayənin bu hissəsi Qərbdə belə tanınmır".

FAMİL

https://www.cnnturk.com/video/dunya/pkkdan-hollandali-gazeteciye-tehdit


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu