Azərbaycan və Ermənistan gərginliyə təhrik edilə bilər


Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması ərəfəsində gərginliyə təhrik edilə bilər.


AFN.az-ın məlumatına görə, "Valday" Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski TASS agentliyinə müsahibəsində belə deyib. “Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar verirlər. Eyni zamanda, bu bəyanatların ardınca müqaviləyə prinsipial hazırlığa dair ifadələr işlənir. ona görə də siyasi ritorikanı real vəziyyətdən ayırmaq həmişə asan olmur”.
Bıstritski xatırladıb ki, əvvəlki illərdə az-çox fundamental sazişin bağlanması ilə bağlı danışıqlar aparılanda tərəflər mövqelərini gücləndirmək üçün bir-birlərinə qarşı təxribat xarakterli bəyanatlar da verirdilər.“Mən bu qədər xətti çıxış etməzdim. (Ermənistan və Azərbaycan arasında yeni münaqişə ehtimalı haqqında). Risklər həmişə var, biz bunu 2020-ci ildə gördük. Lakin hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar çarəsizlik halıdır”-ekspert belə deyib.
Bu yaxınlarda ABŞ-ın "Foreign Policy" jurnalının ekspertləri bildirib ki, Azərbaycan və Ermənistan arasında yeni müharibə qısamüddətli olacaq. Lakin 2020-ci ilin 44 günlük münaqişəsindən az dramatik olmayacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu