Nazir Anar Kərimov vəzifəsindən AZAD OLUNDU
Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub.
AFN.az demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin imzaladığı sərəncam elan olunacaq.
Xatırladaq ki, Anar Kərimov Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.