Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər- AÇIQLAMA


Kanoe və avarçəkmə üzrə Serbiyada keçirilməli olan dünya çempionatı baş tutmaya bilər.


AFN.az-ın məlumatına görə, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.

O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli böyük turnirlərdən hələlik yalnız İsveçrənin Lutsern şəhərindəki Dünya Kubokunun baş tutacağı dəqiqdir: “Həmçinin İtaliyanın Vareze şəhərində də analoji yarış olmalıdır”.

Baş katib olimpiada üçün əsas namizədlərinin Diana Dımçenko, Ziya Məmmədzadə və Bəhmən Nəsiri olduğunu vurğulayıb: “Ancaq yenə də konkret ad çəkmək üçün hələ tezdir. Lisenziya yarışları gələn ilin mayında başlayacaq. İki il ərzində lisenziya xarakterli turnirlər olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu