Avropa İttifaqı Ermənistandakı missiyanı planlaşdırma qrupu ilə əvəz etdi
“Avropa İttifaqı regionda davamlı sülhü təşviq etmək məqsədilə Ermənistanda mümkün uzunmüddətli missiyaya yol açmaq üçün keçid komandası ilə Cənubi Qafqazda yeni fəaliyyət mərhələsinə başlayır”.
AFN.az-ın məlumatına görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatında belə deyilir.
O qeyd edib ki, dekabrın 19-da Aİ-nin Ermənistanda oktyabr ayında fəaliyyətə başlamış monitorinq qrupunun mandatı sona çatıb. Borrell xatırladıb ki, missiya oktyabrın 20-də Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə olunmuş razılaşma əsasında vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyəti hesabat vermək üçün yerləşdirilib. Avropa rəsmisinin sözlərinə görə, 40 nəfər monitorinq ekspertinin yerləşdirilməsi səmərəli olub və qeyri-sabit vəziyyətdə inamın formalaşmasına kömək edib.
Hesabatda həmçinin qeyd olunur ki, bu fonda Şura Ermənistan hakimiyyəti ilə razılaşaraq, Aİ-nin Gürcüstandakı mövcud monitorinq missiyasının Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərmək barədə qərar qəbul edib. Məqsəd Aİ-nin təhlükəsizlik vəziyyəti haqqında məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılmasına və hazırlanmasına töhfə verməkdən ibarətdir.
“Ermənistan və Azərbaycan arasında Aİ-nin yardımı ilə həyata keçirilən münasibətlərin normallaşdırılması prosesində Keçid Dövrünün Planlaşdırılmasına Yardım Qrupunun Avropa Şurasının Prezidenti Şarl Mişelə dəstək verəcəyi də gözlənilir”-deyə bəyanatda qeyd edilir.
M.Vahidlıi