Avropa İttifaqı missiyasını Ermənistandan çıxarır


Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının dekabrın 19-da başa çatacaq mandatını yeniləməyəcək.


AFN.az-ın məlumatına görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozef Borrel belə deyib. O, bu barədə qərarın bir gün əvvəl Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qəbul edildiyini bildirib.
Qeyd edək ki, rəsmi İrəvan bundan əvvəl Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının müddətinin uzadılmasında maraqlı olduğunu bəyan etmişdi.
Ermənistan tərəfi missiyanın fəaliyyətindən narazılığını ifadə edib. Belə ki, indiyədək Aİ-nin monitorinq missiyası tərəfindən Azərbaycanın guya Ermənistan ərazisini atəşə tutması barədə heç bir açıq bəyanat və ya hesabatın dərc olunmaması İrəvanı qane etməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu