İki nəfərin öldüyü dəhşətli qəza kameralara düşdü - VİDEO


Türkiyədə 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza anı kameraya düşüb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaelidə tanker sola dönmək istəyən avtomobilə çırpılıb. Toqquşmanın gücündən avtomobildə olan 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb. Qəza anı təhlükəsizlik kamerasına anbaan əks olunub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və polis gəlib. Avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb. Həkimlər avtomobildən çıxarılan Ayşegül K. və Miray K.-nın həyatını itirdiyini müəyyən edib. Ağır yaralanan F.G. O, Karamürsel Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu