Netanyahuya 10 gün möhlət verildi


İsrail prezidenti İshaq Herzog hökumətin yeni baş naziri olacağı gözlənilən Binyamin Netanyahuya hökuməti formalaşdırmaq üçün 10 gün əlavə vaxt verib.


AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, Netanyahunun hökuməti formalaşdırmaq üçün qanuni vaxtı dekabrın 11-də başa çatır. Dünən prezidentdən əlavə vaxt istəyən Netanyahu, dekabrın 21-nə qədər yeni hökuməti quracağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu