Dekabrın əvvəlində hava daha çox tutqun keçəcək - RƏSMİ


Hava şəraitinin necə olması, hər kəsi düşündürən məsələdir.


AFN.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib. “Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq” - deyən U.Tağıyevanın sözlərinə görə, əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir: “Dekabr ayının 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın 3-6 dərəcə isti olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu