Çavuşoğlu Polşaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Polşaya səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında bildirilib.
XİN rəhbəri Polşanın Lodz şəhərində 1-2 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirak edəcək.
İclasda ATƏT-in gündəliyinə daxil olan məsələlər, Ukraynadakı vəziyyət və s. müzakirə olunacaq.
Əlavə olunub ki, Mövlud Çavuşoğlu öz həmkarları ilə bir sıra görüşlər də keçirəcək.