Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının XXVIII iclasında iştirak edəcək.


Bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.

Bildirilib ki, toplantı dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda keçiriləcək.

İclasda qurumun gündəliyindəki məsələlər müzakirə olunacaq.

Eyni zamanda türkiyəli nazirin həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu