Neft Fondunun idarəçiləri bu ziyana görə məsuliyyət daşıyırlar - ekspert


Neft Fondu bu ilin ilk 9 ayında daşınmaz əmlak portfelinin idarəetməsindən, səhm bazarına qoyduğu yatırımdan ziyan edib.


AFN.az xəbər verir ki, Fondun aldığı səhmlərin dəyəri bu il 17% ucuzlaşıb. Avro, funt və yenin məzənnələrinin ABŞ dollarına nisbətən ucuzlaşmasına görə bu valyutalarda olan aktivlərinin dollara nisbətən dəyəri azalıb - ümumiyyətlə, Neft Fondu bu ilin ilk 9 ayında 8 mlrd. 706 mln. 200 min manat zərər edib.
İqtisadçə ekspert Natiq Cəfərli bildirib ki, buna görə istefalar olmalıdır: "Əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, Fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar, deməli, istefa verməlidirlər. Fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir, onların alınan qərarlara görə öz günah payları var. Məsuliyyət bir kənara, ehtimal edirəm ki, Fondun bütün CEO-ları il sonu yaxşı mükafat da alacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu