Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 7 yaralı var


Ermənistan ordusunun hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Qriqor Qriqoryan “Kamaz” markalı hərbi yük maşınının qəzaya uğraması nəticəsində ölüb.



Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, qəza nəticəsində 7 əsgər yaralanıb, onlar qarnizon hospitalına yerləşdirilib, müayinə və lazımi tibbi yardım göstərilib.

“Yaralı hərbi qulluqçuların həyatı təhlükədə deyil. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, - deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu