Ermənistan parlamentində nazirlə deputat arasında mübahisə düşüb


Ermənistan parlamentində iqtisadiyyat naziri Vaan Kerobyanla hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı, sahibkar Xaçatur Sukiasyan arasında büdcə dinləmələri zaman mübahisə yaranıb.



AFN.az xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, deputat naziri konkret rəqəmlər, göstəricilər, müddətlər göstərməməkdə, habelə təşkilatların adlarını çəkməməkdə ittiham edib: “Bütün suallarımıza cavab verirsiniz: "Biz bunu edəcəyik, biz demişik”. Mənə iqtisadiyyat nazirinin belə danışığı xoş gəlmir”.

Vaan Kerobyan isə deputatın iradlarını qəbul etməyib.

Sukiasyan nazirlə mübahisə edərək uca səslə deyib ki, Gürcüstan-Rusiya sərhədində “Yuxarı Lars” keçid məntəqəsindəki problemlərdən, ora yığılan avtomobillərin sayından, insanların sərhədi vaxtında keçə bilmədiyi üçün milyonlarla pul itirməsindən, məhsulların konteynerlərdə qalıb xarab olmasından xəbərdardır: “İnsanlar evlərini girov qoyu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu