Bu ay Əliyev-Mişel-Paşinyan görüşü keçiriləcək


Noyabr ayı ərzində Brüsseldə - Avropa İttifaqı Şurasının qərargahında növbəti dəfə Şarl Mişel-İlham Əliyev - Nikol Paşinyan görüşünün keçirilməsi nəzərdə tutulur.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti üçtərəfli görüşün gündəliyi Azərbaycan Prezidenti İlham Əliyevin hələ oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Praqadakı söhbəti zamanı müzakirə olunub.

Noyabrda keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün dəqiqi tarixi hələ məlum deyil. Ehtimal olunur ki, görüş, bu ayın ikinci yarısında keçirilə bilər.

Xatırladaq ki, liderlərin Avropa İttifaqı Şurasının vasitəçiliyilə keçirilən sonuncu görüşü oktyabrın 6-da Praqada olub. Həmin görüşdə tərəflər Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Praqa görüşündən sonra sərhədin Ermənistan tərəfində Avropa İttifaqı ölkələrindən olan müşahidəçilər missiyası işə başlayıb. Missiya işini iki aya yekunlaşdıracaq.

Azərbaycan və Ermənistan liderlərinin Rusiyanın vasitəçiliyi baş tutan ən sonuncu görüşü isə oktyabrın 31-də Soçidə gerçəkləşib. Bu görüşün yekununda bəyanat imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu