Balakən gömrüyündə xarici vətəndaş öldü
"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün Azərbaycan-Gürcüstan sərhədinin Mazımçay Gömrük postunda baş verib. Gürcüstandan Azərbaycana idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən Belarusiya vətandaşı 1975-ci il təvəllüdlü Aleksandr Fusevın halı qəfildən pisləşib. O hadisə yerindəcə dünyasını dəyişib.
İlkin məlumata Aleksandr Fusevin ürək tutmasından öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Potoloji anatomiya birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.