Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasına rəis təyin edilib


“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” stansiyasının rəisi vəzifəsinə təyinat olub.



“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Arif Həsənliyə həvalə edilib. O, bundan əvvəl “Xalqlar dostluğu” metrostansiyasının rəisi olub.

Bakı metrosundan “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

Xatırladaq ki, “Nəriman Nərimanov” stansiyasının rəisi Seyfulla Vəliyev avqustda vəzifəsindən azad olunaraq inşası davam edən və şərti adı “Xocasən” olan stansiyaya rəis təyin edilmişdi.

Hazırda metro stansiyalarının sayı 27-dir və onların 26-da sərnişin qəbulu həyata keçirilir.

Metronun 27 stansiyasının rəhbərliyi aşağıdakı kimidir:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu