“Nərimanov” dəmiryol stansiyası nə vaxt açılacaq?
Son günlərdə “Nəriman Nərimanov” dəmiryol stansiyasının açılması gündəmə gəlib.
Belə ki, Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarı sözügedən dəmiryol stansiyasından keçir. Lakin stansiya işlək vəziyyətdə olmadığından qatar burada dayanmır.
Maraqlıdır, görəsən, “Nəriman Nərimanov” dəmiryol stansiyası nə vaxt fəaliyyətə başlayacaq?
AFN.az xəbər verir ki, məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir:
“Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.