Qırğızıstanın sərhədyanı rayonlarından təxliyə prosesi başa çatıb


Qırğızıstanın Tacikistanla həmsərhəd rayonlarından təxliyə prosesi başa çatıb.


Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və fövqəladə xilasetmə əməliyyatları departamentinin rəhbəri Bolot Şarşanəliyev məlumat yayıb.

Onun sözlərinə görə, evlərin təhlükəsizliyini təmin etmək üçün sərhəd bölgəsində yalnız yerli sakinlərdən ibarət könüllü xalq dəstələri qalıb.

Şarşanəliyev vurğulayıb ki, bütün qadınlar, uşaqlar və qocalar artıq sərhədyanı ərazini tərk ediblər. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu