QHT Koalisiyası Belarus nümayəndə heyəti ilə görüşüb – FOTOLAR


İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri Azərbaycanda səfərdə olan Belarusun Miqrasiya məsələləri üzrə nümayəndə heyəti ilə görüş keçirib.



AFN.az xəbər verir ki, heyətə Belarusun Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Dövlət Sərhəd və Milli Statistika Komitələrinin nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Belarus nümayəndəliyinin rəhbəri Mahim Orazmuxammedova daxil olub. Görüşdə BMqT-nin Azərbaycandakı təmsilçisi Anar İskəndərov da iştirak edib.



Mahim Orazmuxammedova nümayəndə heyətini təqdim edərək səfərin məqsədinin miqrasiya, insan alverinə qarşı mübarizə və bu sahədə QHT-lərlə əməkdaşlıq təcrübəsini öyrənmək olduğunu qeyd edib.



QHT Koalisiyasının koordinatoru Mehriban Zeynalova Koalisiyanın fəaliyyəti, strukturu və prioritetləri barədə məlumat verib. Bildirib ki, Koalisiya 2009-cu ildən fəaliyyət göstərir, 45 QHT-ni birləşdirir və DİN-lə əməkdaşlıq edir.



Hazırda Koalisiya qanunvericiliyin təkmilləşdirilməsi, media monitorinqi, regionlarda vəziyyətin izlənməsi və polis əməkdaşlarına təlimlərin keçirilməsi kimi sahələrdə aktiv işləyir. Sığınacaqların fəaliyyəti, diasporla əməkdaşlıq, tədqiqat və maarifləndirmə də koalisiyanın fəaliyyət istiqamətləri arasındadır.



Mehriban Zeynalova Belarusla onlayn müzakirələr, təlimlər və birgə təşəbbüslərlə əməkdaşlığın genişləndirilməsini təklif edib.



Belarus DİN-in nümayəndələri – İnna Borisovna StudeniçnikNatalia Vladimirovna Kulbitskaya ölkələrində QHT-lərlə əməkdaşlıq, qaynar xətlər və sığınacaqlar barədə məlumat verib, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu