Qurban kəsmədən pul və ərzaq paylamaq düzgündürmü?


Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.



AFN.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.



Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.



"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır”, - deyə F.Nurullayev əlavə edib.



Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.



Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu