İsrail Qəzzada əməliyyatları genişləndirir

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir vəziyyəti dəyərləndirmək üçün iclas keçirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi üçün əməliyyat planlarını təsdiqləyib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Zamir vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatın davam etdirilməsi üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib. Həmçinin iyunun 1-də Baş Qərargah rəisi hərbi əməliyyatların zolağın həm cənubunda, həm də şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstəriş verib” - deyə ordunun açıqlamasında bildirilir.