Girovlarla bağlı danışıqlar uğursuz olarsa, İsrail Qəzzada döyüşləri gücləndirəcək


Anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağında əməliyyatının əhatə dairəsini genişləndirəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzzada keçirilən əməliyyat iclasının yekunları üzrə danışarkən deyib.

"Biz əməliyyat təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik və girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər hərəkətlərimizi daha intensiv və əhəmiyyətli əməliyyata qədər genişləndirəcəyik", - deyə hərbi komandan bildirib.

İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girov və 35 ölü əsirin cəsədini saxlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu