Şəkidə qadın qətl edildi: Uşaqlarının gözü önündə - VİDEO

Xəbər verdiyimiz kimi, Şəkidə 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.
Hadisə ilə bağlı mərhumun qardaşı Rəşad Balaməmmədov Baku TV-yə danışıb.
“Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm, bacım yerdə uzanıb. O, artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 ay idi ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb”, - deyə o bildirib.
Qeyd edək ki, hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Onların 3 və 13 yaşlı iki övladı var.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə: